Bakıda meyvə-tərəvəzin bahalaşmasının səbəbi nədir?-AÇIQLAMA

Yaz mövsümünün gəlməsi ilə tərəvəzlərin qiymətinin ucuzlaşacağını gözlədiyimiz halda, əksini müşahidə edirik.

İki həftə öncə bazarda və marketlərdə pomidorun qiyməti 1 manat 50 qəpik, xiyarın qiyməti isə 1 manat 20 qəpik idi. Bazarda badımcan 1 manat 80 qəpik, bibər isə 3 manata alıcılara təklif olunurdu. Qiymətlər marketdə qeyd etdiyimizdən 10-20 qəpik baha idi.

Lakin hazırda marketlərdə pomidorun qiyməti 3 manat 80 qəpik- 4 manat, xiyarın qiyməti isə 2 manat 90 qəpik-3 manat 80 qəpikdir.. Badımcanın qiyməti 5 manat 90 qəpiyə qədər bahalaşıb.   Həmçinin bibərin də qiyməti alıcılara 5 manat 90 qəpikdir.  Alcılar tərəvəzlərin yeni qiymətindən narazılıqlarını bildirdilər.

Vətəndaşların bir hissəsi bahalaşmanın səbəbini məhsullarda olan qıtlıqla, digər bir hissəsi isə Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirir.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, bahalaşmanın bir neçə səbəbi var:

“Birincisi, təbii ki, mövsümi səbəbdir. Hazırda məhsulun özü həcm olaraq azalıb. İkinci səbəb isə Rusiyanın ötən həftə tətbiq edib, sonra isə ləğv etdiyi qadağa ilə bağlıdır.   Nəticə olaraq məhsulların həcmi artıb. Rublun dəyərinin müəyyən səviyyədə qalması ixracatçılar üçün əlavə stimul yaradıb. Onlar indi qiyməti rublla  daha rahat şəkildə qoya bilirlər”.

İqtisadçı qeyd edib ki, yaxın bir neçə həftə ərzində tərəvəzlərin qiymətinin bu cür baha olacaq:

“Mövsümlə əlaqəli bir müddətdən sonra məhsul bolluğu yaranarsa və daha çox məhsul bazara çıxarsa, ola bilər ki, pomdior və xiyarın qiymətlərində müəyyən qədər ucuzlaşma olun”.

 

Oxşar xəbərlər