Bakıda özünü 11-ci mərtəbədən atan ginekoloqun ailə vəziyyəti ilə bağlı DETALLAR

Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.
O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

Həkim bu gün dəfn olunub.

Oxşar xəbərlər