Bakıda polis mayoru nişanlısını öldürdü, sonra intihar etdi

Hadisə ilə bağlı cinayət işi başlanılıb

Bakının Nərimanov rayonunda polis əməkdaşı nişanlısını öldürüb, sonra intihar edib. Bu gün günorta saatlarında  paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib. Polis daha sonra intihar edib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb. Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

1989-cu il təvəllüdlü, polis mayoru Tural Akif oğlu Aslanov Xəzər Rayon Polis İdarəsində müstəntiq kimi fəaliyyət göstərib.

Oxşar xəbərlər