Baş verə biləcək cinayətləri 1 həftə öncədən proqnozlaşdıran süni zəka alqoritmi yaradılıb

Çikaqo Universitetinin mütəxəssisləri 1 həftədən sonra hansı cinayətin yerinə yetiriləcəyini proqnozlaşdıran alqoritm yaradıblar. Yaradılmış alqoritmin verdiyi proqnozun dəqiqlik səviyyəsi 90% təşkil edir. Lakin bu cür dəqiqlik alqoritmin yalnız kiçik sahəli ərazi üzrə verdiyi proqnozlarda mümkündür. Hal hazırda sözügedən alqoritm dünyanın ən aparıcı alqoritmlərindən biri hesab edilir. Bu sistemin əsasında təlimatlandırılmış neyron şəbəkəsi dayanır. Həmin neyron şəbəkə reallaşdırılan cinayətlərin yerlərinin, zamanlarının və cinayətlərin özlərinin qanunauyğunluqlarını analiz edir.Bütün bu proses zorakılıq və mülkiyyət cinayətləri üzrə açıq mənbə kimi olan məlumatlar əsasında reallaşdırılır. Mütəxəssislər bu alqoritmi artıq Çikaqo, Atlanta, Ostin, Los-Anceles və digər böyük şəhərlərdə test ediblər. Sözügedən alqoritmin sistemi bu cür çalışır: Bu və ya digər şəhər 300 metrlik ölçüyə sahib kvadrat hissələrə bölünür. Daha sonra sistem baş vermiş ayrı-ayrı cinayətlərin zamanlarını və yerlərini analiz edərək müəyyən qanunauyğunluqları təyin edir və nəticədə növbəti ola biləcək cinayət hadisələrini proqnozlaşdırır.

Yeni süni zəka alqoritmi 3D fiqurları sözlər vasitəsilə hərəkət etdirə bilir (VİDEO)

“Biz, şəhər mühitinin rəqəmsal versiyasını yaratmışıq. Əgər sistemə keçmişdə baş vermiş hadisələr ilə bağlı məlumatlar verilsə, o, gələcəkdə baş verə biləcək hadisələri proqnozlaşdıra bilər. Bu, mövcüzə deyil. Bu məsələdə məhdudiyyətlər var. Lakin biz bu sistemi test etdik və o, çox yaxşı çalışır. İndi isə onu modelləşdirmə sistemi kimi istifadə etmək olar. Bu halda şəhər rayonlarından birində cinayətlərin sayı artdıqda və ya digər rayonda polis nəzarəti gücləndirildikdə nələrin baş verəcəklərini görmək olar. Bütün bu dəyişənlərdən istifadə edilsə, bu sistemlərin necə inkişaf etdiklərini görmək mümkün olacaq” – deyə Çikaqo Universitetinin tibb fakultəsinin dosenti Ishanu Chattopadhyay qeyd edib. Bununla belə mütəxəssislər qeyd ediblər ki, bu sistemi irimiqyaslı mühafizənin təmin edilməsində istifadə edilməməlidir. Belə ki, bu və ya digər şəhər rayonunda ola biləcək cinayət hadisəsi səbəbilə həmin rayonda polis nəzarətinin gücləndirilməsi modelləşdirmə şərtlərini dəyişə bilər. Bu isə öz növbəsində sistem tərəfindən proqnozlaşdırılmış modelin səhv olduğuna gətirib çıxarda bilər.

Oxşar xəbərlər