Batan “Moskva” kreyserinin qiyməti açıqlandı

Xəbər verdiyimiz kimi, Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” kreyseri batıb. Ukrayna tərəfi gəminin vurulduğunu iddia edir, Rusiya tərəfi isə sadəcə gəmidəki silah-sursatın partladığını və buna görə batdığını deyir.
Qaynarinfo xəbər verir ki, artıq “Moskva” kreyserinin qiyməti də açıqlanıb. Rusiya hərbi donanmasının flaqmanı hesab olunan gəminin dəyəri 750 milyon ABŞ dollarıdır.
Qeyd olunur ki, bu, Rusiya ordusunun Ukraynada hərbi əməliyyatlar başlayandan etibarən verdiyi ən bahalı hərbi itkidir.

Oxşar xəbərlər