Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib.
SOSİUM.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə mayın 18-də Belarus Respublikasının Müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.