Bill Qeytsdən çiplə bağlı açıqlama: İnsanları izləmək nəyimə lazımdır?

Bill Qeyts peyvənd çipləri ilə bağlı iddialara cavab verib.

Amerikalı milyarder çiplərlə insanları izləmək istədiyi barədə iddialardan danışıb.

66 yaşlı Qeyts pandemiya dövründə peyvənd vasitəsilə insanlara çip yerləşdirəcəyi iddiaları ilə gündəmə gəlib. Bill Qeytsə qatıldığı “CNN İnternational” verilişində iddialarla bağlı sual verilib.

“İnsanlar peyvəndin içinə yerləşdirilmiş mikroçipləri olan insanları izlədiyinizə inanır. Sui-qəsd nəzəriyyələri ilə necə məşğul olursunuz?” sualına Bill Qeyts belə cavab verib:

“Koronavirus epidemiyası zamanı tətbiq edilən peyvəndlə bir çox insanın həyatı xilas olub.  Bu əsassız iddiaların arxasında əminəm ki, pis adam var. İnsanların izlənməsinə gəlincə, bilmirəm niyə insanlar onların yerini bilməkdə maraqlı olduğumu düşünürlər. Mən bu iddialara sadəcə gülə bilərəm. Amma bu, insanların peyvənd olunmasına mane olursa, bu faciəvi haldır.

azxeber.com

Oxşar xəbərlər