Bodibilderlər niyə gənc yaşda ölürlər? – Makmillan nümunəsi

44 yaşında dünyasını dəyişən bodibildinq çempionu Sedrik Makmillan ilə bu idman növünün qanayan yarası yenidən gündəmə gəlib.

 

Qaynarinfo xəbər verir ki, səhhətində yaranan problemlərə görə bodibildinqə ara verən idmançı ağır məşqlər vasitəsilə idman həyatına qayıtmağı planlaşdırırdı. Lakin onun bu arzusu həyata keçməyib. Məşhur idmançı qaçış zolağında məşq edərkən yıxılıb. 44 yaşlı bodibildinqçinin dünyasını dəyişməsinə səbəb infarkt olub. Makmillandan 4 uşaq yadigar qalıb. O, 20 ildən çox ABŞ ordusunda xidmət edib. Məşhur Hollivud ulduzu və idmançı Arnold Şvartsnegger tərəfindən qurulan “Arnold Sports” bodibildinq təşkilatının üzvü idi.

 

Gənc yaşda ölən bodibilderlər

 

Makmillan son aylarda ölən yeganə bodibilder deyil. Ən nüfuzlu yarış hesab olunan “Mr. Olimpiada”nın 2018-ci ildəki çempionu Şon Roden keçən ilin noyabrında dünyasını dəyişmişdi. Belə nümunələr arasında oktyabrda bir ay əvvəl ürək problemlərindən vəfat edən Corc Peterson və 2017-ci ildə 26 yaşında ölən Dallas Makkarver də var. Bütün bu idmançıların erkən yaşda ürək problemlərindən ölməsinin arxasında isə ortaq bir səbəb var: Steroidlər! Makmillanın ölümü illərdir davam edən steroidlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.

 

Steroidlər və diuretiklər nədir?

 

Texnogen hormonun bir növü olan steroidlərin yalnız sağlamlıq səbəbi ilə həkim nəzarəti altında istifadəsinə icazə verilir. Ancaq qaşları şişmiş göründüyü üçün idmançılar bu hormonun nəzarətsiz şəkildə istifadəsinə davam edirlər. Steroidlərin istifadəsi qaraciyər, böyrək, ürək-damar xəstəlikləri, kişilərdə anormal döş böyüməsi və əzələ kütləsinin həddindən çox artması ilə yanaşı, saç tökülməsi kimi sağlamlıq problemlərinə  də səbəb ola bilər. Təkcə steroid deyil, həm də bodibildinq yarışlarından əvvəl su itkisi üçün istifadə edilən sidikqovucular (diuretiklər) da sağlamlığa mənfi təsir göstərir. Böyrəklərə zərərli olan sidikqovucu dərmanlar orqanizmdə su saxlamağa mane olur. İdmançılar bu yolla arıqlasalar da, həddindən artıq susuzluq səbəbindən daxili orqanları zədələnir. Məşhur onlayn bodibildinq forumu olan “UG Bodybuilding”də istifadəçilərdən birinn “sidikqovucular bodibildinq üçün istifadə edildikdə birbaşa zəhər effekti verir” – açıqlaması əslində deyilənləri təsdiqləyir. Makmillanın diuretiklərdən istifadə edib-etmədiyi məlum deyil, amma yenə də təhlükəni xatırlatmağa dəyər. Başqa bir zərərli təcrübə ani arıqlama pəhrizləri və yağ yandıran dərmanlardır. Dörd dəfə “Arnold Classic”in qalibi və son altı ildə “Mr. Olimpiada”nı ilk “10-luq”da başa vuran Makmillanın 140 kiloqram çəkisi olduğu və hər yarışdan əvvəl şok pəhrizlərlə qəfil arıqlayaraq 127 kiloqrama düşdüyü müəyyənləşib. Fiziki tərbiyəçilərinin qidalanma vərdişləri də mübahisəlidir. ABŞ Milli Səhiyyə Departamenti gündə maksimum 2000 kalori tövsiyə etsə də onlar məşq zamanı əzələ kütləsini artırmaq üçün gündə orta hesabla 4000 kalori istehlak edirlər. Bu da, onların sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Makmillanın səhhəti uzun müddət idi yaxşı deyildi. İdmançı 2020-ci ildə Covid-19-a yoluxdu və pnevmoniya səbəbiylə aylarla xəstəxanada qaldı. Ağciyərlərinin maye ilə dolduğunu deyən bodibilder ölümdən döndüyünü açıqlamışdı. Ancaq sağlamlıq problemləri bununla da bitməyib. O, paylaşdığı videoda mədəsindən və aramsız hıçqırıqlarından şikayətlənirdi. Yediyi hər şeyi qaytardığını deyən idmançının məşqçisi də paltardəyişmə otağında buna şahid olmuşdu.

 

“Onlar həddindən artıq dozadan ölürlər”

 

 

Əslində, 70-ci illərdə 7 dəfə Olimpiada titulunu qazanmış Şvartsnegger də  o dövrdə steroiddən yararlandığını etiraf edib. Ancaq o bunun həmin dönəmdə həkim nəzarəti altında istifadə edilən qanuni dərman olduğunu xatırladıb. Lakin o, əlavə təsirlər yaranandan sonra bu dərmandan istifadəni dayandırdığını bildirib. Şvartsnegger dərmanların fəsadları ilə bağlı açıqlamasında “Gənc idmançılar steroidlərdən sui-istifadə edərək həyatlarını itirirlər. Onlar həddindən artıq dozadan ölürlər” – deyib. Steroidləri bodibildinqdən daha çox “bədənin məhv edilməsi” kimi xarakterizə edən Şvartsenegger uzun müddətdir ki, vegetarian pəhrizindədir.

 

Mənbə: “The Telegraph”, “Muscleandfitness”, “ABC News”

Oxşar xəbərlər