Azərbaycanda Hindistan ştammının aşkarlanması ilə bağlı fakta rast gəlinməyib.
SOSİUM.az xəbər verir ki, bunu trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər.
Məlumatda qeyd edilir ki, hazırkı dövrə qədər ölkədə belə bir fakt qeydə alınmayıb : “Hələ ki, ölkəmizdə Hindistan ştammının yayılması ilə bağlı rəsmi məlumat yoxdur. Bununla bağlı hər hansı bir məlumat olduqda ictimaiyyətə açıqlanacaq”.