Bu gecə planetlərin paradı olacaq – Nadir hadisə

Bu gecə bir də 18 il sonra görünəcək nadir astronomik hadisə olacaq

İyunun 24-nə keçən gecə Günəş sisteminin yeddi planeti – Yupiter, Merkuri, Saturn, Venera, Mars, Neptun və Uran sıra ilə düzüləcək. Adı çəkilən son iki planet ən uzaqda yerləşdikləri üçün onları ancaq xüsusi aparatlarla görmək mümkündür.

O da vurğulanır ki, Ay Venera və Marsın arasında görünəcək. Ən yaxşı müşahidə vaxtı Günəş çıxmazdan yarım saat əvvəl hesab olunur.

Növbəti dəfə bu böyüklükdə səma şousu 18 ildən sonra, 8 sentyabr 2040-cı ildə baş tutacaq. Həmin vaxt Mars, Yupiter, Merkuri, Venera və Saturn bir sırada dayanacaq.

Oxşar xəbərlər