“Bu müharibənin nəticələri onilliklərlə davam edəcək”

“Bu müharibənin nəticələri onilliklərlə davam edəcək”.

 SOSİUM.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın tvitter hesabından davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı yazıb.

Böhranın dərinləşməyə davam etdiyini bildirən Kalın müharibənin təsirlərinin onilliklər boyu davam edəcəyini vurğulayıb:

“Qarşılıqlı səhvlər, yeni qüvvələr balansının axtarışı, qısamüddətli maraq hesablamaları orta və uzunmüddətli perspektivdə böyük strateji itkilərə, eləcə də, humanitar dramlara səbəb olacaq. Biz yeni “soyuq müharibə” dövrünə qədəm qoyduq. Bu müharibənin təsirləri ölkəmizə böyük təsir göstərəcək, illər boyu davam edəcək”.

Müharibəyə görə dünyada hər sahədə yeni tarazlıqların qurulacağını vurğulayan Kalın Türkiyənin sülh üçün əlindən gələni edəcəyini söyləyib:

“Ərzaq və enerji təhlükəsizliyindən tutmuş geosiyasi dinamika və regional ittifaqlara qədər bütün sahələrdə yeni tarazlıqlar qurulacaq. Türkiyə bu kritik dövrdə balanslı mövqeyini qoruyacaq, sülh, sabitlik, təhlükəsizlik və ədalətin bərqərar olması üçün çoxşaxəli təşəbbüslərini davam etdirəcək”.

Oxşar xəbərlər