Bu tələbələrə ciddi güzəşt edilməlidir

Universitetlər yeni imtahan sessiyasına hazırlaşır. Tələbələrə hansı güzəştlər olunmalıdır? Tələbələr imtahana necə hazırlaşmalıdırlar?

SOSİUM.az mövzu ilə bağlı Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasibin fikirlərini təqdim edir:

“Tələbələrin hazırda yaşadığı ən böyük problem semestr imtahanlarıdır. Bəzi universitet müəllimləri tələbələrə qarşı haqsız davranırlar.

Yanvarda keçirilən imtahanlarda tələbələrə bəzi güzəştlər olundu və imtahanlardan “kəsilmək” halları az yaşandı. Lakin bu güzəştlərə arxayın olub imtahana hazırlaşmamaq və s laqeydlik hallarına yol vermək olmaz. Tələbə təhsil aldığı ixtisasa tam yiyələnib lazımlı kadr olmaq üçün dərslərinə ciddi yanaşmalıdır”.

O, onlayn imtahan prosesinin təşkilində fərqlənən universitetləri də qeyd etdi:

“Distant təhsilin davam etdiyi müddətdə tələbələrin üzrlü səbəbdən dərslərə qatıla bilməməsi nəzərə alınmalıdır. Xüsusilə bölgələrdə yaşayanlar üçün texniki problemlərlə qarşılaşmaq xarakterikdir.

Ölkəmizdə bəzi universitetelər var ki, onların maddi və texniki bazaları imkan verir ki, onlayn imtahanları asan şəkildə təşkil etsinlər. Məsələn UNEC, ADNSU kimi universitetlərdə proses uğurla təşkil edilir.

Həmçinin onlayn təhsildə bir sıra problemlərlə üzləşən ali təhsil mərkəzləri də bunun həlli yolunda müəyyən addımlar atmış və müvəffəqiyyət əldə etmişlər”.

Oxşar xəbərlər