Bütün iPhone 14 modellərinə aid olan maketlərin fotosu ortaya çıxıb

Bir neçə müddət bundan öncə iPhone 14-ün CAD render fotoları ortaya çıxmışdı. İndi isə bütün iPhone 14 modellərinin maketlərini əhatə edən foto ortaya çıxıb. Güman olunur ki, həmin maketlər smartfon keyslərinin istehsalçıları üçün hazırlanıb. Beləliklə ortaya çıxmış maketlərin fotosu sayəsində növbəti iPhone modelləri arasında olacaq ölçü fərqini və əsas kamera dizaynlarını görmək olar. Fotodan da görmək olar ki, Apple şirkəti bu il iPhone mini modelindən imtina edəcək və onu ikili arxa kameraya sahib iPhone Max ilə əvəzləyəcək.

Galaxy Note 20-nin güman olunan fotosu ortaya çıxıb

 Məlumata əsasən iPhone mini modelindən imtinanın əsas səbəbi isə onun aşağı satış göstəriciləridir. iPhone 14 Pro modellərinə gəldikdə isə onlar həmişəki kimi üçlü arxa kameraya sahib olacaqlar. Lakin bu dəfə Pro modellərin arxa kamera obyektivlərinin ölçüləri bir qədər böyük olacaq. Bəzi məlumatlara əsasən bunun səbəbi ondan ibarətdir ki, Pro modellərin arxa kameralarından ən əsası 48 MP-lik olacaq. Ekran ölçüləri baxımından 4 smartfondan 2-si 6.1 düym (iPhone 14 və iPhone 14 Max), digər 2-si isə 6.7 düym (iPhone 14 Pro və iPhone 14 Pro Max) ekran ilə təchiz olunacaq.

    Bununla yanaşı insayderlər qeyd ediblər ki, iPhone 14 və iPhone 14 Max modellərinin ekranları üzərlərində ənənəvi çıxıntı hissə yerləşdiriləcək. iPhone 14 Pro modelləri isə yeni ekran dizaynını əldə edəcəklər. Belə ki, Pro modellərin ekranları üzərlərində 2 ədəd kiçik ölçülü çıxıntı yerləşdiriləcək. Onlardan biri dairəvi formada, digəri isə oval formada olacaq. Dairəvi çıxıntı hissənin özündə ön kameranı, oval formalı çıxıntı hissənin isə özündə Face ID sistemini birləşdirəcəyi güman edilir. Yeni iPhone 14 modellərinin sentyabr ayında təqdim ediləcəyi gözlənilir.

Oxşar xəbərlər