Daha dörd şirkət AQC-yə üzv oldu – FOTO

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Yığıncaqda təşkilati məsələlər, fəaliyyət proqramı, Daxili Əsasnamə, sertifikatlaşdırma kurslarında imtahanların yeni qaydaları, Direktorlar Şurasının tərkibi və cari məsələlər barədə müzakirələr aparılıb.

SOSİUM.az xəbər verir ki, İdarə Heyətinin iclasını giriş sözü ilə açan AQC sədri Vüqar Oruc VII Hesabat-seçki konfransının nəticələrinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməsi və konfransdan sonra görülmüş işlər haqqında İdarə Heyətini məlumatlandırıb.“Aİ Consulting”, “ZƏFƏR AZ”, “NNO” və “Hüquqçu” MMC-nin AQC üzvlüyünə qəbulu İdarə Heyəti tərəfindən təsdiqlənib. AQC sədri Vüqar Oruc tərəfindən təqdim olunan “Fəaliyyət proqramı” və “Daxili Əsasnamə”  yekdilliklə qəbul olunub. Quruma daxil olan qiymətləndirmə şirkətlərinin direktorlarından ibarət Direktorlar Şurası təşkil edilib və rəhbərlik AQC sədrinə həvalə olunub.

Kurslarla bağlı müzakirələr zamanı AQC İdarə Heyəti mütəxəssislərin “Daşınmaz əmlakın bütün növləri üzrə (torpaq, fərdi yaşayış evi, mənzil, qeyri yaşayış təyinatlı) sertifikatlaşdırması məqsədi ilə növbəti kursun iyul-avqust aylarında keçirilməsi qərarlaşdırılıb. Şəffaflığın təmin olunması məqsədilə İmtahanların yeni qaydalarla – rəqəmsal kodlaşdırma prinsipi ilə keçirilməsi qərara alınıb.

Davamlı peşəkar inkişaf məqsədilə reytinq cədvəlinin hazırlanması Təlim,Təhsil və sertifikatlaşdırma departamentinin rəhbəri, UNEC baş müəllimi, dosent İbrahim Quliyevə, AQC loqosundan üzv şirkətlərin istifadə etməsi qaydalarının hazırlanması Hüquq və qiymətləndirmə standartları departamentinin rəhbəri Şükür Hüseynova, AQC-yə  üzv şirkətlərin üzvlük haqqlarının ödənilməsi istiqamətində addımlar atılması və yeni üzv olan qurumların koordinasiyası Təşkilat departamentinin rəhbəri Elnur Əsədova tapşırılıb.

Oxşar xəbərlər