Daşaltı kəndində turizm kompleksləri tikiləcək

Daşaltı kəndində turizm nərkəzi tikiləcək.
Bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
A. Kərimov deyib ki, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək.
Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq. A. Kərimov diaspor nümayəndələrinə çağırış edərək beynəlxalq simpozium və tədbirlərin Şuşada keçirilməsi işində fəal olmağa səsləyib.

Oxşar xəbərlər