“Davam” tərəfindən xeyriyyə yarmarkası təşkil edilib

Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Tibb Universiteti və “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin tərəfdaşlığı ilə Sahil Bağı ərazisində “Mən yaşamaq istəyirəm” adlı xeyriyyə yarmarkası baş tutub.

“Hər yardımınla bir həyat xilas et!” devizi altında keçirilən yarmarkada müxtəlif sənətkar və sahibkarların əl işləri, kitab, geyim və yeyinti məhsullarının təqdim olunduğu 101 stend yer alıb və əldə edilən gəlir 4 leykemiya və bir SMA xəstəsi olan körpənin müalicə xərclərinin qarşılanmasına sərf olunub.

Qeyd edək ki, xeyriyyə yarmarkası “Davam” Səhiyyə Klubunun təşəbbüsü, “Davam” Gənclər Hərəkatı və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə start verilən “Leykemiya ilə mübarizə ayı” adlı layihə çərçivəsində həyata keçirilib.

Oxşar xəbərlər