DİM cavab kartlarının emalına başladı

Aprelin 11-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin V sinfinə qəbul imtahanının protokollarının və cavab kartlarının emalı aparılacaq.

Bu barədə  SOSİUM.az-a  DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanın nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

Xatırladaq ki, imtahan aprelin 10-da keçirilib.

Oxşar xəbərlər