Dollara qarşı ən çox ucuzlaşan valyutalar hansıdır?

Artan istehlak qiymətlərinə cavab olaraq ABŞ Federal Ehtiyat Sisteminin sərt monetar pul siyasətinə əl artmasından sonra dolların məzənnəsi birjalarda əksər valyutalara qarşı bahalaşıb.

İlin əvvəlindən çox dəyər itirən türk lirəsidir. Onun məzənnəsi ilin əvvəlindən 25% dəyər itirib. Hətta son üç ildə 3 dəfə ucuzlaşıb. Yəni, hər il 100% ucuzlaşıb. Türkiyə Mərkəzi Bankı ölkədə 70%-lik istehlak qiymətlərinin olmasına rəğmən 2021-ci ilin sonundan gözləmə mövqeyində dayanmaqla milli valyutanı böyük dəyər itkisi ilə üz-üzə qoyub.

İkinci yerdə də daha bir inkişaf etməkdə olan iqtisadiyyat – Aregentina dayanır. Argentina pesosu ilin əvvəlindən indiyə qədər 22% dəyər itirib.

İnkişaf etmiş ölkələrdən isə ən pis performansı yapon yeni göstərib. Yen ABŞ dollarına qarşı 18% dəyər itirməklə son 24 ilin dib səviyyəsini görüb. Ölkənin mərkəzi bankı ultra yumşaq pul siyasətinə davam edəcəyi onu böhranlarda ehtiyat limanı kimi statusuna zərər vurub.

İEÖ-lərdən ən çox dəyər itirən ikinci ölkə isveç kronudur. Kron ilin əvvəlindən 14% ucuzlaşıb. Krona ABŞ-dan gələn göstəricilərə çox həssas reaksiya verir.

Rus rublu 30%, Braziliya realı 7% və Meksika pesosu isə 1.3% ilin əvvəlindən ABŞ dollarına qarşı bahalaşıb.

qu32321312312

Oxşar xəbərlər