Dövlət satınalmaları ilə bağlı bir sıra qanun pozuntuları – AŞKARLANIB

“Dövlət satınalmaları ilə bağlı bir sıra qanun pozuntuları aşkarlanıb”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.O bildirib ki, hesabat ilində dövlət satınalmaları sahəsində nəzarət obyektlərinin nizamnamə ilə müəyyən edilmiş işləri kənar qurumlar vasitəsilə həyata keçirilməsi aşkarlanıb: “Dövlət satınalmalarının əhatə dairəsi genişlənməli, satınalmaların planlaşma hissəsinin əhatəliliyi artırılmalıdır. Dövlət satınalmaları sahəsində şəffaflığın artırılmasına ehtiyac var”. (Apa)

 

Oxşar xəbərlər