Dövlət Xidməti sərnişindaşıma şirkətini məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Xaliq Faiqoğlu” şirkətini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. 6 may 2022-ci tarixdə iş üzrə hazırlıq iclası keçiriləcək.
Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdir.
“Xaliq Faiqoğlu” Bakıda ən iri sərnişindaşıma şirkətlərindən biri hesab olunur. Şirkət 11 sentyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Seyidov Faiq Sadiq oğludur.
“Xaliq Faiqoğlu” şirkət bir müddət əvvəl vergi borcu ilə gündəmə gəlmişdi. Şirkətin hazırda da 75 935.21 AZN vergi borcu var.
Bir neçə gün əvvəl sərnişindaşıma şirkətlərinin gediş haqqının artırılıması ilə bağlı Tarif Şurasına müraciət etdiyi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki, qiymət artımı ilə bağlı müraciətdə siyahıya “Xaliq Faiqoğlu” şirkəti başçılıq edir.

Oxşar xəbərlər