Dünya bazarında qızıl bahalaşıb

Əvvəlki üç ticarət sessiyası ərzində 2%-dək ucuzlaşmış qızılın qiyməti artıb.

SOSİUM.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,26%, yaxud 5 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 953,2 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,11% düşərək, 1 unsiyası 24,593 ABŞ dolları təşkil edib.

Analitiklər ilin sonunadək qızılın unsiyasının qiymətinin 2 500 ABŞ dolları səviyyəsində olacağını gözləyirlər. Bu, inflyasiyaya qarşı sığınacaq aktiv kimi qızıla tələbin yüksək olması ilə əlaqələndirilir.

Bundan başqa, qiyməti metalın qiyməti Ukrayna ətrafındakı geosiyasi gərginlik və Rusiya əleyhinə sanksiyalar hesabına dəstəklənir.

Oxşar xəbərlər