Dünyada elektrik avtomobillərin satışı iki dəfə artıb

2021-ci ildə dünyada 4,6 milyon elektromobil satılıb ki, bu da 2020-ci illə müqayisədə təxminən iki dəfə çoxdur.

SOSİUM.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşri yazır.

Qeyd olunur ki, elektrik avtomobillərin satışı ən çox Avropa ölkələri və Çinin payına düşür.

Təkcə Çində ötən il 2,9 milyondan çox elektromobil satılıb. Bu, 2020-ci illə müqayisədə 2,6 dəfə çoxdur.

Eyni zamanda, 2021-ci ildə dünyada hibrid avtomobillərin satışı 35 faiz artaraq 3,1 milyona çatıb.

 

 

Oxşar xəbərlər