Dünyada ilk dəfə – İnsanda quş qripi aşkarlandı

Çində dünyada ilk dəfə olaraq insanın H3N8 quş qripinə yoluxması halı qeydə alınıb.

 

SOSİUM.az xəbər verir ki, infeksiya mərkəzi Henan əyalətinin Jumadyan şəhərinin dörd yaşlı sakinində təsdiqlənib.

 

İnfeksiya aprelin 5-də ev quşları ilə təmas nəticəsində uşağa keçib. Nəticədə uşağın vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxanların bütün qohumlarının sağlam olduğu bildirilir.

 

 

Komissiyanın qiymətləndirməsinə əsasən, H3N8 ştammı hələ ki, insanları effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil, ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır./aztibb.az/

Oxşar xəbərlər