Dünyanın ən bahalı siqaret markası – AÇIQLANIB – QİYMƏT

“Philip Morris International”a məxsus olan “Marlboro” markası sənayenin ən bahalı brendi seçilib.

SOSİUM.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Secretmag” bildirir. Vurğulanır ki, markanın dəyəri 36.28 milyard dollar olaraq qiymətləndirilib. 2021-ci ildə bu rəqəm 35.57 milyard dollar olub.

Reytinqdə ikinci yeri 6.85 milyard dollar dəyərində olan “L&M” brendi tutub. Qeyd edək ki, o da “Philip Morris”ə məxsusdur. İlk üçlüyü 6.82 milyard dollarla “Pall Mall” tamamlayır. Bu brend “British American Tabacco” tütün nəhənginə məxsusdur.

Dördüncü və beşinci yerlərdə müvafiq olaraq “Copenhagen” (3.85 milyard dollar) və “Camel” (3.8 milyard dollar) qərarlaşıb. Dünyanın on ən bahalı tütün markalarının top 10-luğuna həmçinin “Kent”, “Winston”, “Rothmans”, “Chesterfield” və “Newport” daxil olub.

Oxşar xəbərlər