Dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçilib

Avstriyanın paytaxtı Vyana şəhəri 2021-ci ildən bu yana 12 pillə yüksələrək, yaşayış səviyyəsi baxımından dünyanın ən cəlbedici şəhəri seçilib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Xatırladaq ki, ötən il lider Yeni Zelandiyanın Oklend şəhəri olub.

Reytinqdə ikinci yeri Danimarkanın paytaxtı Kopenhagen, üçüncü yeri İsveçrənin Sürix və Kanadanın Kalqari şəhərləri tutub. İlk onluğa həmçinin Cenevrə, Frankfurt, Vankuver, Toronto, Amsterdam və Osaka daxil olub.

Qeyd edək ki, yaşamaq üçün ən yaxşı şəhərlər siyahısında sonuncu yeri Suriyanın paytaxtı Dəməşq tutub. Axırıncı sıralarda həmçinin Nigeriyanın Laqos və Liviyanın Tripoli şəhərləri yer alıb.

Oxşar xəbərlər