Effektiv rəhbərin əsas keyfiyyətləri

16 müxtəlif sahə üzrə işləyən 32 000 nəfərdən çox insanla aparılan sorğuların nəticələrinə əsasən, alimlər belə bir qənaətə gəlmişlər: əməkdaşların fikrincə ən yaxşı rəhbər üç əsas xarakter xüsusiyyətlərinə sahib olmalıdır.  Bu üç xüsusiyyət sayəsində istənilən tapşırıq keyfiyyətli və zamanında yerinə yetiriləcək. Bəs bu keyfiyyətlər hansılardır?

Diqqətcillik – ən yaxşı rəhbərin ilk keyfiyyətidir. İşçilər belə deyirlər: “Mən daim hiss edirəm ki, rəhbərim məni tək tabeliyində olan bir işçi kimi deyil, həm də bir şəxsiyyət kimi qiymətləndirir”. Yaxşı rəhbər işçisinin tək iş müddətindəki deyil, işdənkənar problemləri ilə də maraqlanmalıdır.  Onların özlərini necə hiss etmələri, hansısa çətinliklə üzləşib-üzləşməmələri ilə maraqlanmaq çox vaxtınızı aparmayacaq.

Aydınlıq və yaxud hər bir əməkdaşın öhdəliyinə düşən vəzifəni dəqiq anlaması üçün tapşırığı dəqiqliklə formalaşdırmaq – effektiv rəhbərin ikinci əsas xüsusiyyətidir. Yaxşı rəhbərlər hər bir əməkdaşa görməli olduğu işi dəqiqliklə izah edən insanlardır.

İşi yerinə yetirərkən Azadlıq effektiv rəhbərin üçüncü əsas keyfiyyətidir. O işçilərə nəyi necə lazım bilirsə etmələrinə imkan yaradır. Konfutsi demişdir: “İş bitdikdə rəhbər yaxşı olarsa işçi deyər: Biz bunu bir yerdə etmişik”.

Əməkdaşlar əmindirlər: əsl ən yaxşı rəhbərlər öz əməkdaşlarını sərbəst buraxan və azad şəkildə işləməklərinə şərait yaradan şəxslərdir. İnsanlar sərbəst şəkildə işlədikdə daha yaxşı nəticələrə nail olmaq iqtidarındadırlar. Heç kim əməkdaşların başları üstündə dayanıb və daim sual verərək diqqətlərini yayındırmır.

Oxşar xəbərlər