Eldar Əzizov: “Bu binalar kateqoriyalara bölünəcək”

“Artıq Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb”.

SOSİUM.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov informasiya agentliklərinə açıqlamasında deyib.

Onun sözlərinə görə, qəzalı binaların inventarizasiyası aparılır:

 

“Bu binalar kateqoriyalara bölünəcək. Birinci növbədə informasiya bankını yaratmalıyıq. Daha sonra nəticələr təhlil olunacaq”.

 

İcra başçısı ilkin mərhələdə hansı ərazilərdə qəzalı binaların bərpasının və ya sökülməsinin nəzərdə tutulması barədə də danışıb:

 

“Komissiya bölünüb və bütün 12 rayonda da bu inventarizasiya işləri gedir. Ondan sonra dövlət səviyyəsində məsələlər qaldırmalıyıq və müvafiq qaydada bu məsələlərin həllinə çalışacağıq”.

Oxşar xəbərlər