Elon Musk Twitter-in alınması üçün nəzərdə tutulmuş holdinq yaradıb

Elon Musk Twitter-in alınması planı çərçivəsində ABŞ-da 3 ədəd holdinq şirkətini qeydiyyatdan keçirdib. Nəzəri olaraq bu 3 holdinq şirkətindən biri çərçivəsində Musk-ın müəyyən paya sahib olduğu bütün şirkətləri gələcəkdə birləşə bilərlər. Məlumatda qeyd edilib ki, ABŞ-da qeydiyyatdan keçirilmiş 3 holdinq şirkətinin hər birinin adı X Holdings adının variantlarıdır. ABŞ Dəyərli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim edilmiş sənədlərə əsasən Musk və onun partnyorları rolunda çıxış edən investorlar tender təklifi çərçivəsində Twitter səhmlərinin alınması üçün maliyyələşdirilmənin təmin edilməsi yolunda həmin holdinq şirkətlərdən birinə investisiyalar yatırmağı planlaşdırırlar.

Bunun baş verəcəyi halda Twitter yaradılmış 3 holdinq şirkətdən birinin tərkibinə daxil olacaq. Yeni holdinqin Musk-ın digər şirkətlərini əhatə edib-etməyəcəyi barəsində heç bir məlumat yoxdur. Musk holdinqin yaradılması barəsində planları hələ 2012-ci ildə bildirmişdi. 2020-ci ildə o, holdinqi “X” adlandırmağın çox yaxşı ideya olduğunu söyləmişdi. Onu da qeyd etmək lazımdır ki, Musk həmçinin X.com domeninin sahibidir və bu domendə bir vaxtlar PayPal-ın əcdadı hesab edilən ödəniş servisinin serverləri yerləşirdilər.

Tesla və SpaceX-dən başqa Neuralink ilə Boring Company şirkətlərinə sahib olan Musk bizneslərin bir holdinq çərçivəsində birləşdirilməsi ideyasını hələ keçən həftə müsahibələrindən birində səsləndirmişdi. Həmin vaxtda Musk bildirmişdi ki, bu cür holdinq şirkətini yaratmaq çox çətin olacaq. Belə ki, Tesla-nın səhmləri birjada satıldığı bir vaxtda digər şirkətlər özəl şirkət statusunu daşıyırlar. Bununla yanaşı hər bir şirkətin sahib olduğu investorlar bazası tamamilə fərqlidir. Bütün şirkətləri bir holdinq çərçivəsində birləşdirmək üçün Musk çox güman ki, Google şirkətinin yolu ilə getməli olacaq. Belə ki, Google 2015-ci ildə restrukturizasiya keçirdərək Alphabet Inc. adlı holdinqi yaratmış və onun tərkibinə daxil olmuşdu.

Oxşar xəbərlər