Daha bir məşhur marka Rusiya bazarından gedir

İsveçin “Ericsson” telekommunikasiya şirkəti Rusiyadakı fəaliyyətini tam dayandırır.

SOSİUM.az  bildirir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, “Ericsson” fevral ayında Rusiyaya məhsul tədarükünü dayandırmışdı. İndi isə rusiyalı müştərilərlə bağlı fəaliyyət qeyri-müəyyən müddətə tam dayandırılır.

Eyni zamanda şirkət rusiyalı əməkdaşlarını ödənişli məzuniyyətə göndərəcəyini bildirib.

Qeyd edək ki, “Ericsson” şirkəti müştərilərə rabitə şəbəkələri üçün texnologiyalar, rəqəmsal xidmətlər, texniki dəstək xidmətləri təqdim edir.

Oxşar xəbərlər