Ermənistan mövqeyimizi raket atəşinə tutub

Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

SOSİUM.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.

Oxşar xəbərlər