Ermənistanın ədliyyə naziri də getdi

Ermənistan hökumətində istefalar davam edir. Ədliyyə naziri Rüstəm Badasyan da istefaya göndərilib.

SOSİUM.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazır.

Onun yerinə sabiq polis rəisi Ovanes Koçaryanın təyin olunması nəzərdə tutulsa da, o, bu vəzifədən imtina edib.

R.Badasyan nazir vəzifəsinə 2019-cu ilin iyununda təyin olunmuşdu.

Qeyd edək ki, ötən gün elm, təhsil, mədəniyyət və idman naziri Araik Arutyunyan istefaya göndərilmişdi. Daha əvvəl isə müdafiə naziri, xarici işlər naziri istefa vermişdi.

Oxşar xəbərlər