Feysbuk istifadəçilərinin sayı yenidən artıb

Feysbuk 10 ildəki ən yavaş artışı müşahidə etməsinə baxmayaraq, 2022-ci ildə vəziyyət nisbətən düzəlib.

SOSİUM.az “BBC News”a istinadən xəbər verir ki, gündəlik aktiv feysbuk istifadəçilərinin sayı ilin ilk üç ayında 1,96 milyard nəfərə çatıb. Ötən ilki azalmalar şirkətin bazar dəyərindən milyardları silib.

Meta şirkətinin rəhbəri Mark Zukerberq deyib: “Bu gün bizim xidmətlərimizdən əvvəlkindən daha çox insan istifadə edir və mən məhsullarımızın bütün dünyada insanlara necə xidmət göstərməsindən qürur duyuram”.

Analitiklər bildirir ki, “Meta”nın bu uğursuzluğunda Ukrayna hadisələrinin də rolu var. Mart ayında Rusiya Ukraynaya hücüm etdikdən sonra müstəqil mediaya qarşı repressiyaların bir hissəsi olaraq feysbuk və instaqrama girişi qadağan edib.

Quql və feysbuk onlayn reklamlar üçün əsas saytlar olsalar da, tiktok kimi yeni platformalar istifadəçiləri cəlb edir.

“Insider Intelligence”nin baş analitiki Jasmin Enberq bildirib ki, “Meta”nın reklam biznesi çox real çətinliklərlə üzləşməyə davam edir.

Oxşar xəbərlər