Fondun yeni direktoru tanınmış jurnalistin oğludur

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 14-də imzaladığı sərəncamla Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru təyin edilib.
SOSİUM.az xəbər verir ki, Tural Piriyev tanınmış jurnalist, “Xalq qəzeti” Redaksiya Heyətinin üzvü, baş redaktorun müavini, “Əməkdar mədəniyyət işçisi” Qüdrət Piriyevin oğludur.
Qüdrət Piriyev 1988-ci ilin aprel ayından indiyədək “Xalq qəzeti”ndə (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib. 2014-cü ildən baş redaktorun müavinidir.
ADİF-in yeni İcraçı direktoru Tural Piriyev isə bu təyinatadək “PAŞA Holdinq” MMC-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri olub. O, 2016-cı ildən indiyə kimi həmin vəzifədə işləyib.
Daha əvvəl isə T.Piriyev “Kapital Bank” ASC-də Hüquq Departamentinin direktoru kimi də çalışıb.

Oxşar xəbərlər