“Günay Bank”da yarım milyonluq zərər – Bankda nə baş verir?

“Günay Bank” cari ilin 1-ci rübünə dair hesabatını açıqlayıb.

2022-ci ilin 1-ci rübündə «Günaybank»ın gəlirləri 4 milyon 669 min manat, xərcləri 4 milyon 567 min manat təşkil edib. Dövrün nəticəsi olaraq Bank mümkün zərərlər üzrə 492 min manat ehtiyatlar yaradıb. 187 min manat isə vergi kimi ödənilib.  Nəticədə «Günaybank» 1-ci rübü 577 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, ötən ilin 1-ci rübünü bank 879 min manat xalis mənfəətlə bağamışdı.

Bankın yaydığı məlumatda bildirilir ki,  ki, “Günay Bank” ASC  böyüməkdə davam edir.Belə ki, ilin əvvəlinə nisbətən Bankın ümumi aktivləri 4 341 000 manat yaxud 2 faiz çoxalmışdır.

Eyni zamanda Bankın kredit portfelində də, ilin əvvəli ilə müqayisədə 3 531 000 manat və ya 2 faiz artım baş vermişdir.

 

fed.az

Oxşar xəbərlər