Gürcüstan səfiri quru sərhədinin açılması ilə bağlı DANIŞDI

“Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik”.

Bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri Zurab Pataradze bildirib.Reklamınızı SmartBee ilə effektiv edin.
O həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və “Azərbaycan Hava Yolları” QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.

Qeyd edək ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi “Buta Airways” də gündəlik yerinə yetirir.

Oxşar xəbərlər