İçkini tərgitmək üçün bu qidalara üz tutun – Narkoloqdan tövsiyə

Bəzi ərzaqlar alkoqol istəyini basdıra bilər. Belə ki, içkini tərgitmək istəyənlər alkoqol içmək istəyi gələndə bu qidaları yeməklə və ya başqa içkini içməklə bu hissin qarşısını ala, beyini aldada bilər.

 

Bakupost.az spirtli içkini tərgitməyə kömək edəcək qidaları təqdim edir. Psixiatr Yevgeniy Rısin bildirib ki, içkidən imtina edən adam aclıq hissi keçirməməlidir. Çünki ac olan kimi adam içmək istəyəcək.

Ona görə tez-tez doyumlu yemək lazımdır.

 

Spirtli içkiyə istəyi azaltmaq üçün şokolad, banan, qəhvə, ət yeməklərinə üstünlük verməlidir.

 

Məsələn, gündə 120 qram təmiz zülal tərkibli qida yeyib, bir az sonra qəhvə içsə həmin gün spirtli içkiyə istəyi olmayacaq.

Asılılığı başqa ərzaqlara yönəltmək lazımdır.

 

İçkini tərgidib, remissiya dövründə olan şəxslər qaraciyəri dəstəkləmək üçün bitki çayları, valerian, melissa, dazıotu içə bilər.

Eləcə də arada bir qədəh qırmızı şərab içmək zərər verməz.

Oxşar xəbərlər