İki ölkə “Asiya şengeni” vizası yaradılır

Özbəkistan və Qazaxıstan “Asiya şengeni” vizası analoqunun yaradılması işini başa çatdırır. Çoxgirişli “İpək yolu vizası” regionda turizmin inkişafı üçün böyük imkanlar açacaq.

SOSİUM.az xəbər verir ki, bu haqda jurnalistlərə Özbəkistan Baş nazirinin müavini, Dövlət Turizm Agentliyinin rəhbəri Aziz Abduxakimov məlumat verib.

O deyib ki, artıq Azərbaycan, Qırğızıstan, Tacikistan, Monqolustan, həmçinin regionun digər dövlətləri bu layihəyə maraq göstərir. “İpək yolu vizası” Avropadan gələn turistlərə sərbəst şəkildə bu ölkələrin hamısına gedə bilmək imkanı yaradacaq.

Bildirilib ki, texniki məsələlər demək olar ki həll olunub. Layihənin portalı da fəaliyyət göstərəcək. Əcnəbilər 48 saat ərzində portala yerləşdirdikləri müraciətin cavabını ala biləcəklər.

Oxşar xəbərlər