İkinci ağıllı kənd Dövlətyarlı olacaq

“Füzuli rayonun Dövlətyarlı kəndində ikinci ağıllı kəndin layihələndirilməsi həyata keçirilir”.

 

SOSİUM.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

O qeyd edib ki, kənddə önəmli iş yerləri yaradılacaq:

 

“Vacib infrastruktur olacaq. Əslində, kəndin Zəngilan rayonunun Ağalı kəndindəki birinci “Ağıllı kənd”dən daha böyük olacağı gözlənilir. Son mərhələdə 1500-ə yaxın evdən ibarət bir kənd olacaq. Hesab edirəm ki, bu layihə başa çatdıqdan sonra onun icrası ilə bağlı müvafiq tender elan ediləcək”.

Oxşar xəbərlər