İlham Əliyev Lukoşenko ilə görüşdü

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü başlayıb.

SOSİUM.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı. Prezidentlər birgə foto çəkdirdilər.

Azərbaycan lideri ölkələr arasında əməkdaşlığın həm siyasi, həm də iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Belarus-Azərbaycan münasibətlərinə elə bir dinamika verilib ki, bu, hərtərəfli inkişafa səbəb olur:

“Qarşılıqlı səfərlərimiz mütəmadi xarakter daşıyır. Bunların hamısı qarşılıqlı siyasi fəaliyyətdən, ölkələr arasında yüksək etimaddan və nəticələrə yönəlməkdən xəbər verir. Münasibətlərimiz istənilən problemdən azaddır. Mütəmadi əlaqələrimiz bizə sadəcə görülən işləri qiymətləndirməyə, sonrakı addımları müəyyənləşdirməyə və iki dost, tərəfdaş kimi irəliləməyimizə imkan verir”.

Oxşar xəbərlər