İsveçdə əvvəlcə kubok, sonra çempionat oyunları keçiriləcək

İsveçdə futbol yarışlarının başlayacağı vaxt açıqlanıb.

SOSİUM.az  İsveç Futbol Federasiyasının (SVFF) rəsmi saytına istinadən xəbər verir ki, yarışlar ilk olaraq ölkə kuboku ilə bərpa olunacaq.

Yarımçıq dayandırılan 1/4 final qarşılaşmalarının iyunun 1-də başlaması nəzərdə tutulur. Yarımfinallar və final 5 – 9 iyunda olacaq.

İsveç çempionatının (Allsvenskan) ve ikinci liqanın (Superettan) startı iyunun 14-də planlaşdırılır.

Oxşar xəbərlər