İtaliya Rusiya qazına əvəzedici tapdı

İtaliya hökuməti Rusiya qazına əvəzedici tapıb.

Belə ki, İtaliya təbii qazı Əlcəzairdən tədarük edəcək.

Artıq sabah İtaliyanın baş naziri yanacağın alınması ilə bağlı müqaviləyə imza atmaq üçün Əlcəzairin eyniadlı paytaxtına yola düşür.

İtaliyanın xarici işlər naziri qeyd edib ki, bu razılaşma Rusiyanın mümkün qaz şantajlarına cavab verməyə imkan verəcək.

Bununla belə, italiyalı nazir etiraf edib ki, ölkə qaz tədarükünün şaxələndirilməsi məsələsində gecikir.

Mənbə: “Lenta” “Telegram” kanalı

Oxşar xəbərlər