“Kəlbəcərin hər bir qarışı turizm zonasıdır”

“Kəlbəcərin hər qarışı turizm rekreasiya zonasıdır”.

SOSİUM.az xəbər verir ki, bu barədə iqtisadçı Rəşad Həsənov bildirib:

“Post işğal dövründə Kəlbəcərin iqtisadi inkişafının əsasları:

1. Turizm sənayesi – Kəlbəcərin təbiəti, coğrafi quruluşu, floara və faunası ən müxtəlif turizm xidmətlərinin təşkili üçün əlverişli imkanlar yaradır. Bundan başqa bölgənin mədəni irsi və uzaq keçmişin izləri, işğal faktorunun yaratdığı hekayələr bu bölgənin turist cəlbediciliyini əhəmiyyətli səviyyədə artırır. Mövcud imkanlar Kəlbəcərdə müalicə turizmi, qaya turizmi, qış turizmi, aqroturizmi, yay turizmi üçün çox əlverişlidir. Qeyd edək ki, hələ SSRİ dövründə rayonda hər il 50 mindən artıq insana xidmət göstərən ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərib. Naxçıvana dəhlizin açılamsı və dəmir yolu və avtomobil yolunun istifadəyə verilməsi regionu Türkiyə və İranlı turistlər üçün əsas turist destinasiyana çevirə bilər…

2. Mədən sənayesi – rayon ərazisində yerləşən sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı kimi yeraltı ehtiyatları mədən sənayeisnin inkişafını əhəmiyyətli səviyyədə dəstəkləyəcəkdir.

3. Aqrar sektor – rayon işğaldan əvvəl daha çox kənd təsərafatı üzrə ixtisaslaşsa da relyef olaraq daha çox heyvandarlıq üçün uyğundur. İşğaldan əvvəl bölgədə istehsal edilən əsas kənd təsərüfatı məhsulları süd (3.1 min ton), ət (1 min ton), yun (86 ton) və taxıl (min ton) olub. Post müharibə dövründə xüsusi ilə də intensiv təsərüfatçılığın təşəkkül tapması və yeyinti sənayesi inkişafı dəstəklənməlidir”.

Oxşar xəbərlər