Onlar üçün tikilmiş mənzillər satışa çıxarılacaq

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı qaydası müəyyən edilib.

SOSİUM.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Qaydaya əsasən, mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçirilir.

Satış elanı satışın başlanması tarixinə azı 15 gün qalmış verilməlidir.

Satış elanında aşağıdakı məlumatlar göstərilməlidir:

– mənzillərin satışının başlanması tarixi, saatı və satışın həyata keçirildiyi müddət haqqında məlumat;

– mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış haqqında məlumat.

Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılır. Mənzili seçmiş şəxsin elektron kabinetində mənzilin seçilmə vaxtı, seçilmiş mənzili digər şəxslərin seçmək imkanının məhdudlaşdırılması, eləcə də mənzilin seçildiyi vaxtdan etibarən 10 (on) gün müddətində alqı-satqı müqaviləsinin bağlanılması zərurəti barədə dərhal məlumat yerləşdirilir.

Mənzil seçimində iştirak edən hər bir şəxsin bir neçə mənzil seçmək hüququ vardır.

Oxşar xəbərlər