KOBİA dörd bazar araşdırması aparacaq

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) badam (1), limonad (2), qazlı və qazsız içkilər (3) və sabun (4) istehsalı ilə bağlı bazar araşdırması aparılması üçün 4 açıq tender elan edib.

SOSİUM.az xəbər verir ki, tenderlərdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 22-si, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 1-I, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Nəticələr iyulun 2-də, saat 11:000-da Portalda açıqlanacaq.

Oxşar xəbərlər