Lavrov Ermənistanlı həmkarı ilə görüşdü

İrəvanda Ermənistan xarici işlər naziri (XİN) vəzifəsini icra edən Ara Ayvazyan və Rusiya XİN başçısı Sergey Lavrovun görüşü keçirilib.

SOSİUM.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindəki müxbiri xəbər verib.

Ayvazyanla danışıqlardan sonra rusiyalı nazir Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüş keçirəcək. Qeyd edək ki, 10-11 may tarixlərində Lavrov Bakıya işgüzar səfərə gələcək.

Oxşar xəbərlər