“Lego” uşaqlar üçün metakainat yaradacaq

Amerikanın video oyun tərtibatçısı “Epic Games” və Danimarkanın konstruktor istehsalçısı “Lego” uşaqlar üçün metakainat yaradacaqlar. Güman edilir ki, bu, uşaqlarda yaradıcılığı inkişaf etdirməyə kömək edəcəkdir.

SOSİUM.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Şirkətlər metakainatın qurulacağı üç prinsipi təqdim ediblər. Birincisi, bu, uşaqların təhlükəsiz və firavan mühitdə oynamaq hüququnun qorunmasıdır. İkincisi, məxfilik və uşaqların şəxsi həyatının mühafizəsidir. Üçüncüsü, uşaqlar və böyüklərə metakainatda təcrübələrini idarə etmək üçün alətlərin təqdim edilməsidir.

Xatırladaq ki, mart ayında “Lego” Ukraynadakı hadisələrin fonunda Rusiyaya tədarükü dayandırmışdı.

Oxşar xəbərlər