Lombardan pul götürənlərin DİQQƏTİNƏ! – Yeni qanuna görə… VİDEO

Qızıl verib, pul götürənlər və qoyduqları girovu geri ala bilməyənlər.

Lombardlardan kredit götürənlərin rastlaşdıqları problemlər bitmir. Bəziləri müəəyən borc müqabilində qoyduqları girovları sonradan geri ala bilmədiklərini, bəziləri isə girovlarını götürməyə gedərkən lombardın yerləşdiyi ofisiyerində tapmadıqlarını iddia edirlər.

Vəkillər kollegiyasının üzvü, hüquqşünas Emin Kiçikbəyov deyir ki, bu cür şikayətlərlə ona mütəmadi müraciətlər olur. Hüquqşünas belə problemlərin kökündə tərəflər arasında bağlanan müqavilələrin dayandığını bildirir.

Hüquqşünas bu cür məsələlərdə bankların daha etibarlı olduğunu qeyd edir. Onun fikrincə müqavilə şərtləri əvvəlcədən vəkillə məstəhətləşdirilsə mübahisələrin də sayı azalar.

Artıq belə problemlər də həllini tapa bilər. Belə ki, Milllət vəkili Vüqar Bayramov Milli Məclisdə “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacağını deyir.

Vüqar Bayramov onu da qeyd edir ki, qanun layihəsinin hazırlanmasında məqsəd fəaliyyətin məhdudlaşdırılmasına yox, hesabatlı sistemin yaradılmasına nail olmaqdır. Bu qanun layihəsi həm də lombardlar arasında rəqabətin artmasına və faiz dərəcələrinin aşağı düşməsinə səbəb ola bilər.

Oxşar xəbərlər