Cinayətkar aləmdə liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet Suxumi klanının lideri Merab Djanqveladzedir (“Suxumski”).
SOSİUM.az xəbər verir ki, bu barədə lenta.ru-ya kriminal aləmdə həyatın işıqlandırılması ilə məşğul olan, Rusiyanın “Praym Kraym” informasiya agentliyinin redaktoru Viktoriya Gefter məlumat verib.
“Praym Kraym” redaktoru “Quli”nin ölümünün mafiya müharibələrinin nəticəsi olduğunu deyib:
“Düşünürəm ki, bu (qətl) ən çox elə “Quli”nin özü üçün gözlənilməz oldu. Bir çoxu onun belə sonu olacağını proqnozlaşdırsa da, bu qədər tez olacağını düşünmürdü. “Quli” düşmənlərini tanıyırdı, amma ölümün haradan gələcəyini bilmirdi. Qatilini özü yaxınlaşırdı və başının arxasından vuruldu”.
Viktoriya Qefter azərbaycanlı “qanuni oğru”nun klanının taleyinin anlaşılmaz olduğunu bildirib.
“Əsas məsələ Quli imperiyasının nədən ibarət olduğu və onun kimə miras qalacağıdır”, – deyə agentliyin həmsöhbəti sözlərini yekunlaşdırıb.