Məşhur avtomobil markasının Azərbaycanda elektromobilləri satışa çıxarılacaq

Fransız avtomobil markası “Peugeot”nun Azərbaycanda satışına başlanılacaq.

“Peugeot”nun ənənəvi yanacaqla işləyən modelləri ilə yanaşı, elektromobillərinin də satışı baş tutacaq.

Hazırda bu avtomobillərin satışı ilə yanaşı, servisinin həyata keçirilməsi üçün işçilərin hazırlanması prosesi gedir.

Yeni markanın Azərbaycana idxalı ilə bağlı dəqiq tarix isə hələlik açıqlanmayıb.

Oxşar xəbərlər