Məşhur həkim təzyiqə qarşı ən yaxşı dərmanı AÇIQLADI

Rusiyanın məşhur aparıcı həkimi kardioloq Yelena Malışeva hipertonik kriz – yəni təzyiqin təhlükəli həddə qalxması zamanı təcili yardıma qədər yaxşı təsir edən dərmanı açıqlayıb.

 

Bakupost xəbər verir ki, həkim ölümcül vəziyyətdə təzyiqə qarşı Kapoten adlı preparat içilməsi mütləqdir.

“Hipertonik kriz təzyiqin 180-dən yuxarı olmasıdır. Bu təkcə yəzyiq deyil, bu insulta bir addımdır. Xəstədə möhkəm baş ağrısı, sinədə ağırlıq, görmənin pozulması başlayır.

 

Bu vəziyyət qarşısı alımazsa daxili orqanları sıradan çıxarır.

 

Beyinin qan dövranı pozulur. Belə halda təzyiqi kəskin və qəfil tez aşağı salmaq olmaz. Bu beyin qan dövranını pisləşdirə bilər.

 

Bu zaman dil altına Kapoten dərmanı qoymaq kifayhətdir, o təzyiqi kəskin aşağı salmır.

 

“Dərmanın təsiri 40 dəqiqə ərzində başlayır. Bu müddətdə xəstə uzanıb, ayaqlarının altına yastıq qoymalıdır.

 

Təcili yardımı çağırıb, qapını açıq qoymaq lazımdır.

Oxşar xəbərlər